Məcid Seyidov Kəngərlidə vətəndaşları qəbul edəcək

Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov Kəngərli rayonunun Qıvraq qəsəbəsində vətəndaş qəbulu keçirəcək. Qəbul 14 may saat 11:00-a nəzərdə tutulub.
Qəbulda iştirak etmək istəyən rayon sakinləri göstərilən əlaqə vasitələri ilə qeydiyyatdan keçə bilərlər.
(036) 545 84 45
(036) 548 00 85
office@nmys.gov.az